AZ

Ukrayna Rusiyaya qarşı təxribata hazırlaşır - TASS

Ajans.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində hərbi ekspert Andrey Maroçko bildirib. “Kəşfiyyat mənbələrinə görə, Seversk və Çasov Yar bölgələrində Ukrayna xüsusi xidmət orqanları yaxın gələcəkdə Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyini gözdən salmaq məqsədi daşıyan bir sıra tədbirlər planlaşdırır”, - Maroçko bildirib. Hansı təxribatların olacağı dəqiqləşdirilməyib. Ekspert onu da qeyd edib ki, bu yaşayış məntəqələrinin ərazilərində Ukraynanın informasiya və psixoloji əməliyyat mərkəzlərinin hərbi qulluqçularının fəallığı artıb. Maroçko daha əvvəl bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri komandanlığı məktəblilərdən kadr ehtiyatı hazırlayır.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
Ajans.az

1Mənbələr