NBA-da yeni rekord qeydə alınıb.
İdman.biz xəbər verir ki, “Oklahoma Tander” tarixdə pley-off mərhələlərində ilk hissədə ən çox xal yığan komanda olub.
Bu, “Denver Naqqets”lə 1/4 final seriyasının 2-ci matçına təsadüf edib. Oklahoma təmsilçisi ilk yarıda 87 xal toplayıb. Bu görüşdə meydan sahibləri 149:106 (45:21, 42:35, 37:20, 25:30) hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, bu matçdan sonra seriyada hesab bərabərləşib – 1:1.
İdman.biz