AZ

FED rəhbəri Trampa qarşı çıxdı: "Yüksək tarif tətbiqi  inflyasiya və işsizlik arta bilər, üstəlik..."

"Əsas tarif artımları davam edərsə, inflyasiya və işsizlik arta bilər və iqtisadi artım yavaşlaya bilər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Jerome Pauel Trampın ayrı-ayrı ölkələrə tətbiq elədiyi yüksək tariflərə münasibətdə deyib.

O, FED-in gözlənildiyi kimi, siyasət faizini 4,25-4,50 faiz səviyyəsində saxlaması ilə bağlı  mətbuat konfransında bildiirb ki, qeyri-müəyyənliyə baxmayaraq, ABŞ iqtisadiyyatı hələ də möhkəm mövqedə qalır: "İnflyasiya əhəmiyyətli dərəcədə aşağı düşüb. Lakin daha yüksək işsizlik və daha yüksək inflyasiya riskləri artıb".

Ölkənin yeni rəhbərliyin ticarət, immiqrasiya, maliyyə siyasəti və tənzimləmə ilə bağlı əhəmiyyətli siyasət dəyişiklikləri həyata keçirmə prosesində olduğunu qeyd edən Pauellin sözlərinə görə, tarif artımlarının iqtisadiyyata təsiri qeyri-müəyyənlik yaradıb: "Elan edilən böyük tarif artımları davamlı olarsa, inflyasiya və işsizliyin artmasına, iqtisadi artımın yavaşlamasına səbəb ola bilər"

Pauell jurnalistlərin suallarını da cavablandırarkən bir daha əmin edib ki, ölkə iqtisadiyyat dayanıqlı və çox yaxşı vəziyyətdədir: "Ancaq əgər tariflər bilmədiyimiz səviyyələrdə tətbiq olunarsa, o zaman hədəflərimizə doğru irəliləyiş görməyəcəyik, əksinə, iqtisadi ikişafımız ləngiyəcək"

Samir MUSAYEV

MİA.AZ

Seçilən
0
mia.az

1Mənbələr