Bakı.Trend:
Rusiyanın İvanov (Yujnıy) və Yaroslavl (Tunoşna) şəhər havalimanlarında təyyarələrin uçuşu və enişinə qoyulmuş məhdudiyyətləraradan qaldırılıb.
Trend xəbər verirki, bu barədə Rusiyanın Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya)məlumat yayıb.
Məlumata görə, sözügedən aeroportlarda potensial dron hücumlarıilə əlaqədar təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunmasıməqsədilə hava reysləri mayın 7-dən etibarən dayandırılmışdı.
Məhdudiyyətlərin artıq aradan qaldırıldığı bildirilir.