AZ

"Koenigsegg"dənyeni sürət rekordu

İsveçin hiperkar istehsalçısı "Koenigsegg"in "Jesko Absolut" modeli yeni sürət rekordu qırıb.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı şirkətin rəhbəri Kristian fon Köniqseqq verib.

"Jesko Absolut" hazırda 800 metr məsafədə ən sürətli seriyalı avtomobil hesab olunur.

Model bu məsafədə 359.83 km/saat sürətə çataraq əvvəlki rekordu yeniləyib. Qeyd edək ki, bundan əvvəlki rekord 357.11 km/saat olmaqla "Hennessey Venom F5" hiperkarına məxsus idi.

"Jesko Absolut" modelində 5 litrlik V8 mühərriki quraşdırılıb. Bu mühərrik 1 600 at gücü hasil edir.(oxu.az)

Seçilən
0
avtosfer.az

1Mənbələr