AZ

Ulu öndərin multikulturalizm və tolerantlıq ideologiyası

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qeyd edib ki, “Ulu öndər Heydər Əliyevin işığı bu gün də bizimlədir. Belə tarixi şəxsiyyətlər heç vaxt unudulmurlar, onlar mənsub olduğu xalqların, eləcə də bütün bəşəriyyətin qəlbində əbədi yaşayırlar. Heydər Əliyev məhz belə xoşbəxt siyasətçilərdən idi!”

Ankara Universitetinin rektoru Necdet Ünüvar, Pakistan Milli Müasir Dillər Universitetinin rektoru, general-mayor Şahid Mahmud Kayani, Peruca Əcnəbilər Universitetinin rektoru Valerio de Cesaris, Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddin, tədbirə onlayn qoşulan Almaniyanın Auqsburq Universitetinin professoru Klaus Vulf Heydər Əliyevin dünya siyasətində silinməz iz qoymuş dahi siyasətçilərdən olduğunu vurğulayıblar.

Konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Özbəkistan Dünyəvi Dillər Universitetinin kafedra müdiri Dusmurod Djuraev və başqaları

Heydər Əliyevin şərəfli ömür yolunun siyasi irsinin zənginliyindən söhbət açıblar.

Anar TURAN
XQ

Seçilən
0
xalqqazeti.az

1Mənbələr