Niderland Rusiya ilə hərbi toqquşmaya hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” nəşri yazıb.
Niderland hərbi kəşfiyyat agentliyi MIVD-nin direktoru, vitse-admiral Piter Riznik Rusiyanın davam edən hərbi güclənməsindən ciddi narahatlığını ifadə edib.
O, beynəlxalq ictimaiyyəti gələn il ərzində sayıq olmağa çağırıb. Riznik Rusiya ilə hərbi toqquşmanın olacağını bildirib və bunu Rusiya Federasiyasında hərbi istehsal tempi ilə əsaslandırıb.