İsrail Qəzzada əhalinin sıx məskunlaşdığı əraziləri bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əl-Vihda küçəsindəki Tay restoran və Palmira kəsişməsində küçədə toplanan əhali atəşə tutulub.
Məlumata görə, nəticədə azə 26 nəfər həyatını itirib, 30-dan çox yaralı var: "Yaralılardan çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı gözlənilir. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında qalanlar var".
Tahir Şəlvəli
MİA.AZ