AZ

Sankt-Peterburqa uçan təyyarə İstanbula geri qayıdıb

İstanbuldan havaya qalxan və Sankt-Peterburqa uçan  təyyarə  yarı yolda dönərək Türkiyəyə qayıdıb . Bu barədə Türkiyə mətbuatı yazıb. 

"Türkiyənin aşağı büdcəli aviaşirkəti Ajet VF291... Sankt-Peterburqa saat 00:45-də çatmalı idi. Lakin Rumıniya səmasında  təyyarə İstanbula qayıdıb və sərnişinlər çıxarılıb", - məlumatda deyilir.

Təyyarənin sərnişinlərinə mayın 10-na Sankt-Peterburqa yeni biletlər verilib.

Mayın 7-də Rusiyanın bir sıra hava limanları təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edib. Xüsusilə İvanovo və Yaroslavl hava limanlarının fəaliyyəti dayandırılıb. Agentliyin açıqlamasında Rosaviasiyanın bu qərarı verməsinin dəqiq səbəbi göstərilməyib.

Öz növbəsində  Nəqliyyat Nazirliyi məlumat verib ki, reyslərin gecikməsi halında aviaşirkətdən bir sıra təminatlar, o cümlədən oteldə yerləşmə və yeməklə bağlı təminatlar tələb olunur.

Aytac 

Seçilən
1
1
anews.az

2Mənbələr