Bakı. Trend:
Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənətməktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinəbaşlanır.
Trend xəbər verirki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənətməktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq vəsəriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinintələbləri əsas götürülməklə müəllimlərin attestasiyasıkeçirilir.
Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionlarıüzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano vəmusiqi nəzəriyyəsi müəllimini əhatə etmişdir.
12 may tarixində başlayacaq növbəti mərhələdə Quba-Xaçmaz,Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənətməktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrəmüəllimlərinin, habelə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edəbilməyən təhsilverənlərin, ümumilikdə 620 işçinin attestasiyasıkeçiriləcəkdir.
Qeyd olunan ixtisaslar üzrə komissiyalar formalaşdırılıb vəattestasiyanın təşkili ilə bağlı texniki komanda tam şəkildətəlimatlandırılıb.
Qeyd edək ki, attestasiya proqramları ilə MədəniyyətNazirliyinin rəsmi saytının(https://culture.gov.az/az/announcements) elanlar bölməsində tanışola bilərsiniz.