AZ

May ayı bu 4 Bürcün tale yazan ayı olacaq

Astroloqlar xəbərdarlıq edir: May ayı bəzi bürclər üçün həyatın dönüş nöqtəsidir!

Tribunainfo.az xəbər verir ki, may, sadəcə baharın ortası deyil, bu ay bəzi bürclərin həyatında tam mənasıyla yeni bir fəsil açacaq.

Həm sevgi, həm pul, həm də şəxsi inkişaf baxımından kosmik enerjilər müəyyən bürcləri xüsusi seçir. Budur, May ayı ərzində ən çox dəyişikliyə uğrayacaq 4 bürc:

Dolça (20 yanvar – 18 fevral)
Sənin üçün may ani qərarların və uğurlu risklərin ayıdır. Uzun zamandır düşündüyün dəyişiklik üçün indi tam zamanıdır. Səfərlər, yeni əlaqələr və ya karyera yönündə sıçrayış gözlənilir.

Şir (23 iyul – 22 avqust)
Maliyyə baxımından tamamilə yeni qapılar açılır. Gözlənilməz bir gəlir və ya bonusla qarşılaşa bilərsən. Özünə olan inamın yüksələcək və bu, ətrafındakıları da təsir altına salacaq.

Tərəzi (23 sentyabr – 22 oktyabr)
Sevgi həyatında sürprizlər çox olacaq. Subaysansa, maraqlı biri ilə qarşılaşacaqsan. Əlaqədə olan tərəzilər isə münasibətini bir pillə yuxarı qaldıra bilər – nişan, evlilik və ya birgə qərarlar ön planda olacaq.

Oğlaq (22 dekabr – 19 yanvar)
İntuisiyan güclənir. Daxili səsinə qulaq asmaq sənə həm şəxsi, həm də peşəkar baxımdan doğru qərarlar verdirəcək. Keçmişdə itirdiklərini bu ay geri qazana bilərsən.

Ulduzların səssiz dili sənin üçün nə deyir?
Unutma: Doğru zamanda atılan addım bütün taleyini dəyişə bilər!

Dəniz Pənahova

Seçilən
0
tribunainfo.az

1Mənbələr