AZ

Serbiya Prezidenti 9 May tədbirlərində iştirak etmək üçün artıq Moskvadadır –TƏYYARƏSİ BAKIYA MƏCBURİ ENİŞ ETMİŞDİ

Serbiya Prezidenti Aleksandar Vuçiç Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün artıq Moskvadadır.

 

Senzor.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

 

Qeyd edək ki, daha əvvəl Serbiya liderinin təyyarəsi Bakıda eniş etmişdi.

 

“Informer” portalının məlumatına görə, Serbiya liderinin təyyarəsi Rusiya regionlarının Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları ilə hücuma məruz qalması səbəbindən Bakıda məcburi eniş edib.

 

Yeri gəlmişkən, dünən xəbər yayılmışdı ki, , Litva və Latviya mayın 9-da Moskvada Qələbə paradında iştirak etməyi planlaşdıran Serbiya Prezidentinin təyyarəsi üçün hava məkanını bağlayıb. 

Seçilən
0
senzor.az

1Mənbələr