Bakı. Trend:
Fransanın "PSJ" futbol klubunun UEFA Çempionlar Liqasınınfinalına yüksəlməsini qeyd edən azarkeşlərin üzərinə avtomobilsürülüb.
Trend-inməlumatına görə, bu barədə Le Parisien qəzeti yazıb.
Hadisə Parisin mərkəzində, Yelisey meydanı yaxınlığında başverib. Yol qəzası nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanayayerləşdirilib. Onlardan birinin vəziyyəti kritik, digərlərinin isəağır olduğu bildirilir. Daha sonra hadisəyə səbəb olan avtomobilyanmış vəziyyətdə tapılıb. Sürücünün harada olduğu hələlikbilinmir.
Qəzetin məlumatına əsasən, bayram tədbirləri zamanı baş verəndigər insidentlərə görə polis azı 43 nəfəri saxlayıb. Asayişintəmin olunması üçün bəzi hallarda gözyaşardıcı qazdan istifadəolunub. Futbolsevərlərin qeyri-nizamlı hərəkətləri nəticəsində birneçə mağaza və avtomobilə ziyan dəyib.
Qeyd edək ki, PSJ Çempionlar Liqasının yarımfinal mərhələsindəİngiltərənin “Arsenal” klubunu 2:1 hesabı ilə məğlub edərək ümuminəticədə 3:1-lik üstünlüklə finala yüksəlib. Fransa təmsilçisifinalda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq. Oyun mayın 31-dəAlmaniyanın Münhen şəhərində keçiriləcək.