BAKI, 8 may. TELEQRAF
Hindistanın raket zərbələri nəticəsində 31 pakistanlı ölüb, 57 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əhməd Şərif Çaudri məlumat verib.
Ordu rəsmisi deyib: “Mayın 6-7-də baş verən hücumlar Hindistanın iyrənc simasını ortaya qoydu. Düşmən o qədər zəif və qorxaqdır ki, onlar bərabər səviyyəli ordu ilə vuruşmaq əvəzinə gecənin qaranlığında dinc əhalini və yaşayış məntəqələrini hədəfə alırlar”.