Avropa İttifaqının Rusiyada rəsmi tədbirlərdə iştirakına qadağa qoymasına baxmayaraq, Avropa Parlamentinin bir qrup deputatı 9 May bayramı üçün Moskvaya səfər edəcək. Onlar bildiriblər ki, səfərlərinin heç bir siyasi mənası yoxdur.
Bu barədə “Spiegel” xəbər verir.
Sahra Vaqenknext Alyansından olan alman deputatlar mayın 9-da Rusiyada keçiriləcək bayram tədbirlərində iştirak etmək qərarına gəliblər. Siyasətçilər Rut Firmenich və Michael von der Schulenburg Moskvada keçiriləcək anım tədbirlərinə digər üç Avropa deputatı - Çexiya, Slovakiya və Kiprdən olan deputatla birlikdə qatılacaqlarını bildiriblər.
“Spiegel” yazır ki, onların səfəri Rusiya dairələrində ən yüksək səviyyədə müzakirə edilib və dəvət olunanların siyahısı təsdiq üçün, xüsusən də Rusiya Müdafiə Nazirliyinə təqdim edilib.
Vaqenknextin müttəfiqləri qeyd ediblər ki, onların iki günlük səfəri “Avropada getdikcə daha təhlükəli olan qarşıdurma və eskalasiya spiralından çıxmaq” istəyi ilə bağlıdır.
Əziz Mustafa, Oxuməni.az