PSJ-nin üzvü Usman Dembele tarixə düşüb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu Fransa klublarının futbolçuları arasında Çempionlar Liqasının (ÇL) bir mövsümü ərzində ən böyük məhsuldarlığa imza atıb.

O, dünən gecə yarımfinal mərhələsində "Arsenal"la oyunda (2:1) qol ötürməsi verib. Beləliklə, Dembele cari mövsümdə ÇL-də əvvəllər Fransa təmsilçilərindən heç kimin bacarmadığını reallaşdırıb: 8 qol vurub  və 4 məhsuldar ötürmə.

Ümumiyyətlə, istedadlı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 46 oyun keçirib, 33 dəfə rəqib qapılarına yol tapıb, 13 assist edib. Onun PSJ ilə müqaviləsi 2028-in yayınadək nəzərdə tutulub.

Dembelenin transfer dəyəri 75 milyon dollar qiymətləndirilir.