AZ

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı məktəblilərə təlim keçir

Ukrayna

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı yetkinlik yaşına çatmayan məktəblilərdən ibarət kadr ehtiyatının hazırlanmasına başlayıb.

Bu barədə TASS agentliyinə hərbi ekspert Andrey Maroçko öz mənbələrinə istinadən məlumat verib.

Onun sözlərinə görə, Rovno vilayətindəki poliqonlardan birində ukraynalı hərbçilər yeniyetmələrin “vətənpərvər toplanışları” ilə paralel olaraq döyüş koordinasiyası və səfərbər edilmiş əsgərlərin təlimini həyata keçirirlər. Qurumun həmsöhbəti qeyd edib ki, yaraqlıların cəbhəyə göndərilmək üçün hazırlanması ilə eyni vaxtda sovet “Zarnitsa”sına oxşar təlimlər yuxarı sinif şagirdləri ilə də keçirilir.

O, izah edib ki, Ukrayna Silahlı Qüvvələri komandanlığı bu yolla iki məqsəd güdür: Rusiya ordusunun hücumlarından yayınmaq üçün uşaqlardan pərdə kimi istifadə edir, həm də məktəblilər yetkinlik yaşına çatmamış kadr ehtiyatı hazırlayır.

Maroçko əlavə edib ki, məktəblilərin təlimi digər məsələlərlə yanaşı, NATO standartlarına uyğun olaraq Qərb təlimatçıları tərəfindən aparılır.

Cavid

Seçilən
0
xalqcebhesi.az

1Mənbələr