ABŞ prezidenti Donald Tramp rüsumların azaldılması ilə bağlı ticarət razılaşmasını qeyd etmək üçün mayın 8-də keçiriləcək mətbuat konfransında Böyük Britaniya ilə razılaşmanı elan etməyi planlaşdırır...
Poliqon xəbər verir ki, bu barədə “The New York Times” konfrans planı ilə tanış olan insanlara istinadən məlumat yayıb.
ABŞ-Böyük Britaniya müqaviləsinin təfərrüatları hələlik məlum deyil. Qəzet etiraf edir ki, tərəflər əvvəlcə çərçivə sazişini elan edəcəklər, sonra isə yekun şərtlər üzərində işləməyə davam edəcəklər.
NYT əlavə edib ki, Donald Tramp administrasiyası Hindistan və İsraillə sövdələşmələrə yaxın görünür, həmçinin Cənubi Koreya, Yaponiya, Vyetnam və digər ölkələrlə danışıqları davam etdirir.
Poliqon.info