AZ

Avropa Parlamentinin beş üzvü Moskvaya səfər edəcək

Avropa Parlamentinin Almaniya, Çexiya, Slovakiya və Kiprdən olan beş üzvü Qələbənin 80 illiyi ilə bağlı Moskvaya gəlməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb. Nümayəndə heyətinə alman siyasətçiləri Rut Firmenix və Mikael fon der Şulenberq, populist Sara Vaqeknext daxil olacaq. Digər deputatların adları açıqlanmır.

“Rut Firmenix qələbənin 80 illiyi şərəfinə Naməlum Əsgərin abidəsi önünə əklil qoymaq üçün Moskvaya gedir. “Bununla bağlı nəyin tənqid oluna biləcəyini bilmirəm”, deyə “Sara üçün İttifaq” partiyasının lideri Sara Vaqeknext səfəri təsdiqləyib.

Der Spiegel xəbər verir ki, deputatlar səfərləri ilə “Avropada getdikcə artan qarşıdurma spiralını dəf etməyə” kömək etmək istəyirlər. Nəşr əlavə edib ki, Moskva səfərindən sonra onlar Kiyevə səfər etməyi planlaşdırırlar.

Poliqon.info

Seçilən
0
2
poliqon.info

6Mənbələr