UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra finalçılar müəyyənləşəcək.
“Mançester Yunayted” doğma meydanda “Atletik”i qəbul edəcək.
“Tottenhem” isə ilk matçda 3:1 hesabı ilə məğlub etdiyi “Bodo Qlimt”lə Norveçdə üz-üzə gələcək.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
8 may
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) (ilk oyun: 3:0)
23:00. “Bodo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) (ilk oyun: 1:3)