Mövsümi dəyişiklik zamanı tez-tez hiss olunan yaz yorğunluğu baş ağrısı, yuxululuq və diqqətdə əksiklik kimi simptomlarla özünü göstərə bilər. Lakin doğru qidalarla bu dövrü daha enerjili keçmək mümkündür.
Manset.az xarici KİV-ə istinadən yaz yorğunluğuna yaxşı olan qidaları təqdim edir.
Dietoloqların fikrincə, immun sisteminizi düzgün qidalarla gücləndirməklə yaz yorğunluğu ilə mübarizə apara bilərsiniz.
Yaşıl yarpaqlı tərəvəzlər
İspanaq, pazı kimi tərəvəzlər dəmir və maqneziumla zəngindir. Enerji istehsalına kömək edir və yorğunluq hissini azaldır.
Vitamin C mənbələri
Portağal, kivi, çiyələk və limon kimi meyvələr immunitet sistemini gücləndirir, orqanizmi canlandırır.
Yumurta
Zülal qaynağı olan yumurta sizi uzun müddət tox tutaraq əzələ sağlamlığını dəstəkləyir və enerjini tarazlaşdırır.
Bal
Təbii enerji mənbəyidir. İlıq su ilə istehlak edildikdə günə enerjili başlamanıza kömək edə bilər.
Yaşıl çay
Antioksidant xüsusiyyətləri sayəsində immuniteti dəstəkləyir və maddələr mübadiləsini sürətləndirərək canlılıq verir.
Yeganə