AZ

Almaniya kansleri: Rusiya bizim təhlükəsizliyimiz üçün ən böyük təhdid olaraq qalır

Almaniya kansleri Fridrix Merz deyib ki, Rusiya onların təhlükəsizliyi üçün ən böyük təhdid olaraq qalır və onlar öz müdafiə imkanlarını tez və etibarlı şəkildə gücləndirməlidirlər.

Almaniyanın yeni kansleri Merz, dünən Fransaya etdiyi ilk səfərin ardından gəldiyi Varşavada Polşa Baş naziri Donald Tusk ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib.

Operativ Media xəbər verir ki, Almaniyanın Polşanı işğal etməsi və ən başlıcası, Varşava şəhərinin demək olar ki, tamamilə dağıdılması nəticəsində ölkəsinin üzərinə çox ağır bir cinayət yükü düşdüyünü bildirən Merz “Bu günahkarlıq hissindən doğan böyük məsuliyyət hələ də bizim üzərimizdədir, biz bunu ciddiyə alır və qəbul edirik", - deyə bildirib.

Merz, Almaniyanın Polşanın işğalı zamanı həlak olan milyonlarla insanı heç vaxt unutmayacağını vurğulayaraq, Almaniyada qurbanları anmaq üçün daimi bir məkan yaratmaq istədiklərini bildirib.

“Rusiya, təhlükəsizliyimiz üçün ən böyük təhdid olaraq qalır,” – deyə Merz əlavə edib. “Bu vəziyyət Avropa-Atlantik münasibətləri baxımından da bir təhlükə yaratmağa davam edir. Rusiya və Belarusla birbaşa sərhəddə yerləşən Polşa bu məsələdə xüsusilə həssas bir mövqedədir və buna görə aramızda güclü bir həmrəylik mövcuddur.”

Seçilən
0
operativmedia.az

1Mənbələr