AZ

Moskva ətrafında partizanlar da hərəkətə keçdi: hərbi hissələr rabitədən məhrum edildi...-9 MAY ÖNCƏSİ XAOS

Rabitə və enerji təchizatının kəsilməsi hərbi birləşmələrin idarə olunmasında xaosa səbəb olub...
 
Ukraynanın əsasən Krım tatarlarından ibarət "ATEŞ" partizan hərəkatının agenti Moskva vilayətinin Mogiltsı kəndində uğurla diversiya törədib: rayonun elektrik və telekommunikasiya infrastrukturunu təmin edən transformator yarımstansiyasının avadanlıqlarını sıradan çıxarıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə mediaya "ATEŞ"-dən məlumat çatdırılıb.
 
Yarımstansiyanın sıradan çıxması nəticəsində bir sıra mühüm hərbi obyektlərdə, o cümlədən: 629-cu zenit-raket alayı (51857 saylı hərbi hissə), 21-ci ayrı-ayrı əməliyyat briqadası (3641 saylı hərbi hissə), həmçinin 5/4-ün yerləşdiyi hərbi şəhərcikdə rabitə kəsilməsi baş verib.
 
Problemlər Rusiya Federasiyası İstintaq Komitəsinin 483-cü hərbi istintaq idarəsində və Rusiya Müdafiə Nazirliyi üçün müqavilələr həyata keçirən "SberLoqistika" şirkətinin paylayıcı stansiyasında da qeydə alınıb.
 
Rabitə və enerji təchizatının pozulması bölmələrin idarə edilməsində xaos yaradıb, hərbi obyektlər arasında planlaşdırma və koordinasiyanı pozdu.
 
"Bu bir xatırlatmadır: "ATEŞ" yaxınlıqdadır. Biz hər şeyi görürük və dəqiq vururuq", - məlumatda belə deyilir.
 
Xatırladılır ki, bundan əvvəl “ATEŞ” agentləri işğal olunmuş Krımın Cankoy rayonunda düşmənin maddi-texniki təchizatını pozmaq üçün uğurlu əməliyyat keçirib.
 
Moderator.az onu da xatırladır ki, Ukrayna ordusunun dron bölmələrinin mayın 7-də keçirdiyi hücumlar nəticəsində sabah - 9 may paradına hazırlaşan Moskvanın hava limanlarında xaos yaraıdıb, onların çoxu bağlanıb və parada gələn xarici qonaqların gəlişi şübhə altında qalıb.
 
S.Laçın
Seçilən
0
moderator.az

1Mənbələr