AZ

Donnarumma: "Mbappenin gedişindən sonra PSJ daha böyük komandaya çevrildi"

PSJ-nin qapıçısı Donnarumma "Arsenal"la oyundan sonra sabiq komanda yoldaşı Kilyan Mbappe haqda danışıb.

PSJ-nin qapıçısı Canluici Donnarumma hücumçu Kilyan Mbappenin gedişindən sonra komandada baş verən dəyişikliklərdən danışıb.

Operativ Media xəbər verir ki, bu haqda "Eurosport" jurnalisti Mişel-Paludan Guillaume sosial şəbəkə hesabında paylaşım edib.

"Bizim mentalitetimiz dəyişdi, indi biz daha çox komanda kimi çıxış edirik. Kilyan üçün darıxırıq, çünki o, dünyanın ən yaxşı futbolçularından biridir və əla dostdur. Lakin PSJ-də indi komanda ruhu daha güclüdür, özümüzü çox yaxşı hiss edirik", – deyə Donnarumma bildirib.

Qeyd edək ki, Kilyan Mbappe ötən yay azad agent kimi PSJ-dən ayrılaraq "Real Madrid"ə keçmişdi. Madrid klubu isə bu mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a məğlub olaraq mübarizəni dayandırıb.

PSJ 2025-ci il Çempionlar Liqasının finalında İtaliyanın "İnter" klubu ilə qarşılaşacaq. Oyun mayın 31-də Münhen şəhərində keçiriləcək.

Seçilən
0
14
operativmedia.az

10Mənbələr