London “Arsenal”ının baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-yə məğlubiyyətdən sonra futbolçularının reaksiyasından danışıb.
“Qafqazinfo” bu barədə “RMC Sport”a istinadən xəbər verir.
“Oyunçularımın məyus olduğunu gördüm, paltardəyişmə otağında ağladılar. Ən yaxşı klubun uduzduğunu düşünürəmmi? Bəli, belə hesab edirəm. PSJ-nin məşqçilər korpusu bunu mənə şəxsən dedi”, - deyə Arteta qeyd edib.