AZ

Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket buraxıb

Bakı. Trend:

Şimali Koreya Yapon dənizinə doğru, ehtimal ki, qısa mənzillibir neçə ballistik raket atıb.

Trend xəbər verirki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı QüvvələrininBirləşmiş Qərargah Rəislərinə istinadla məlumat yayıb.

Məlumata görə, raketlər Şimali Koreyanın cənub-şərqində yerləşənVonsan şəhəri yaxınlığından buraxılıb.

Qeyd edək ki, Pxenyan sonuncu dəfə martın 10-da ABŞ və CənubiKoreyanın birgə keçirdiyi genişmiqyaslı “Azadlıq Qalxanı” hərbitəlimləri zamanı Sarı dənizə doğru çoxsaylı ballistik raketləratmışdı.

Seçilən
0
az.trend.az

1Mənbələr