Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziriŞahbaz Şəriflə telefon danışığında Hindistanın Pakistan ərazisinəendirdiyi zərbələrdən sonra artan gərginliyi müzakirə edib.
Trend xəbər verirki, Türkiyə dövlətinin başçısı İslamabadla həmrəy olduğunu, habeləhəlak olan pakistanlıların ailələrinə və yaxınlarına başsağlığıverib, yaralıların tezliklə sağalmasını diləyib.
Türkiyə Prezidenti Pakistanın balanslaşdırılmış siyasətinidəstəklədiyini bildirib, İslamabadın Cammu və Kəşmirdəki terroraktı ilə bağlı şəffaf və obyektiv beynəlxalq araşdırmanınaparılması təşəbbüsünü vaxtında edilmiş adlandırıb.
Ərdoğan Ankaranın Cənubi Asiyada gərginliyin qarşısınınalınmasına mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb,Türkiyənin bu istiqamətdə diplomatik səylərini davam etdirəcəyinəəminliyini bildirib.