BAKI, 8 may. TELEQRAF
Çox yaxşı mübarizə apardıq. Rəqibdən güclü idik, sadəcə bəxtimiz gətirmədi.
Teleqraf xəbər verir ki, bu sözləri “Arsenal”ın baş məşqçisi Mikel Arteta deyib.
Onun sözlərinə görə, komandası finala vəsiqə qazabmağa layiq olub: “Rəqibi təbrik edirəm. Amma biz finala daha layiq idik. Bununla belə, reallıq nəticədir. Heyətlə bağlı da ciddi itkilərimiz var idi”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda (0:1, 1:2) PSJ-yə uduzan “Arsenal” mübarzini dayandırıb.