AZ

Moskva-Bakı təyyarə reysinin sərnişinləri döşəmədə gecələyirlər

BAKI, 8 may. TELEQRAF

Rusiyanın paytaxtı Moskva üzərindən uçuş reyslərindəki məlum problemlərlə bağlı yüzlərlə sərnişin çarəsiz duruma düşüb.

Teleqraf xəbər verir ki, Vnukovo hava limanında hazırda yüzlərlə sərnişin resysin bərpa olunacağını gözləyir.

Mash Telegram kanalının yaydığı məlumata görə, insanlar döşəmələrdə uzanmalı və ya hava limanındakı kafedə gecələməli olublar.

Bu sərnişinlər Vnukovodan (Moskva) Bakıya uçaçaq reysi gözləyirlər.

Sərnişinlərin sözlərinə görə, "Azerbaijan Airlines"-in (AZAL) Moskva (Vnukovo) — Bakı (Hyedər Əliyev Beynəlxalq hava limanı) reysi, artıq altıncı dəfədir ki, təxirə salınır. İnsanlar az qala 24 saatdır təyyarə resyinin açılmasını gözləyirlər.

Onlara qida üçün taloblar verilib, bəziləti isə mehmanxanaya yerləşdirilib.

Eyni problem digər təyyarə reyslərinin sərnişlinləri üçün də keçərlidir.

Qeyd edək ki, Moskva rəsmiləri hava məkanının bağlanmasının sərinişinlərin təhülkəsizliyi ilə bağlı olduğunu bildirir.

Seçilən
0
teleqraf.com

1Mənbələr