Bakı. Trend:
Danimarkanın Xarici İşlər Naziri Lars Lökke Rasmussen ABŞ-ninQrenlandiyada kəşfiyyat fəaliyyətini gücləndirdiyi barədə yayılanxəbərlərlə bağlı narahatlığını ifadə edib və bu məsələniaydınlaşdırmaq üçün ABŞ səfirini çağırmaq qərarına gəlib.
Trend-in DRtelekanalına istinadən verdiyi məlumata görə, Rasmussen “WallStreet Journal” nəşrində yer alan və ABŞ kəşfiyyat orqanlarınınQrenlandiyada fəaliyyətini artırması barədə xəbərin doğruluğunutəsdiqləyə bilmədiyini, lakin məsələyə laqeyd yanaşılmasınınnarahatlıq doğurduğunu bildirib.
“Əgər indi kimsə Danimarka və Qrenlandiyada kəşfiyyatməlumatları toplamağın zəruri olduğunu düşünürsə, bu, olduqcanarahatedici haldır”, – deyə nazir vurğulayıb.
O əlavə edib ki, ABŞ səfirindən yayılan bu məlumatların təkzibolunub-olunmayacağını öyrənmək üçün onu Xarici İşlər Nazirliyinədəvət edəcəklər.
Qeyd edək ki, “The Wall Street Journal” iki mənbəyə istinadən,ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etməklə bağlıfikirlərindən sonra Amerika kəşfiyyatına adadakı vəziyyətlə bağlıməlumatların toplanmasını sürətləndirmə əmri verildiyini yazıb.
Nəşrin məlumatına əsasən, kəşfiyyat orqanlarına Qrenlandiyadamüstəqillik hərəkatı, yerli əhalinin ABŞ-nin təbii sərvətlərinçıxarılmasına münasibəti və amerikalılara olan rəğbət səviyyəsibarədə araşdırma aparmaq tapşırılıb.