AZ

ABŞ yeni nüvə bombası istehsal etməyə başlayır

BAKI, 8 may. TELEQRAF

ABŞ yaxın günlərdə yeni “B61-13” termonüvə bombasının istehsalına başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının direktoru vəzifəsini icra edən Tereza Robbins Konqresdəki çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, ilk “B61-13” bombası bu ay istehsal olunacaq.

“B61-13” “B-61” cazibə bombasının yeni variantıdır. Onun yaradılması haqqında qərar 2023-cü ilin sonunda qəbul edilib. Gələn ilin sonuna qədər bombanın Amerika qırıcıları və “B-21” strateji bombardmançı təyyarəsi ilə silahlanması planlaşdırılır.

Seçilən
0
1
teleqraf.com

3Mənbələr