AZ

Varşava Universitetində baltalı kişinin hücumu nəticəsində bir qadın ölüb

Təxminən saat 18:40-da (Bakı vaxtı ilə 20:40) Polşa vətəndaşı olan bir kişi balta ilə Varşava Universitetinin kampus ərazisinə hücum edib.

“Report” xəbər verir ki, bu barədə paytaxt polisi sosial şəbəkədə məlumat yayıb.

“O zaman Varşava Universitetinin kampus ərazisinə baltası olan bir kişi soxularaq orada olan insanlara hücum edib. Bu, 22 yaşlı Polşa vətəndaşı idi”, – polis bəyanatında deyilir.

Hadisə nəticəsində bir qadın ölüb, hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edən şəxs onun başını kəsib, daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yerli mətbuat hesab edir ki, ölən şəxs “Auditorium Maximum” binasını bağlayan konsyerj olub.

Polis hadisənin “cinayət xarakterli” olduğunu vurğulayıb. Hücum edən şəxs saxlanılıb, hadisə yerində prokurorluq əməkdaşları və polis işçiləri işləyirlər.

Seçilən
0
report.az

1Mənbələr