AZ

Pakistan Hindistanın təcavüzünə qarşı əks tədbirlər görmək hüququnu özündə saxlayır – Pakistan Təhlükəsizlik Şurası

Pakistan Silahlı Qüvvələri Hindistanın hərbi əməliyyatlarına cavab olaraq əks tədbirlər görmək hüququnu özündə saxlayır. “Dawn” xəbər verir ki, bu barədə çərşənbə günü Pakistan Təhlükəsizlik Şurası məlumat yayıb.

İslamabad regionda eskalasiyaya görə məsuliyyətin tamamilə Hindistanın üzərinə düşdüyünü deyir.
Nəşrin yazdığına görə, Təhlükəsizlik Şurasının bəyanatında deyilir ki, Pakistan “müvafiq tədbir görmək” üçün hərbi icazəyə əsasən, “istənilən vaxt, istənilən yerdə və məqsədəuyğun hesab etdiyi hər hansı şəkildə Hindistanın özünümüdafiə hücumlarına cavab vermək” hüququnu özündə saxlayır. Təhlükəsizlik Şurasının bəyanatında BMT Nizamnaməsinin 51-ci maddəsinə də istinad edilir.

Qeyd edək ki, mayın 7-də səhər saatlarında Hindistan Müdafiə Nazirliyi Hindistan silahlı qüvvələrinin Pakistana və Cammu və Kəşmir ərazisinə raket zərbələri endirdiyi Sindoor əməliyyatının başladığını elan edib.

Seçilən
0
editor.az

1Mənbələr