Yayda “Turan Tovuz”un heyətindən ayrılacaq futbolçulardan birinin adına aydınlıq gəlib.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, “bozqurd” Anton Kraçkovskiylə müddəti mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək. Buna səbəb mərkəz yarımmüdafiəçisinin ümidləri doğrultmamasıdı. Artıq bu barədə 22 yaşlı rusiyalıya bilgi verilib.
Qeyd edək ki, Kraçkovski qış “transfer pəncərəsi”ndə baş məşqçi Kurban Berdıyevin istəyi ilə icarə əsasında komandaya qoşulub. O, indiyə qədər mümkün 15 oyunun dördündə meydana çıxıb. Bir görüşdə adı iştirak ərizəsinə salınmayan futbolçu 10 matçda ehtiyat oyunçular skamyasında əyləşib. Mərkəz yarımmüdafiəçisi mövsümün ikinci yarısında cəmi 108 dəqiqə top qovub.
Xatırladaq ki, “Turan Tovuz” Antonu Mahaçqala “Dinamo”sundan transfer edib.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta