AZ

Münhen finalının adı: "İnter" - PSJ - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, günün yeganə görüşü Parisdə keçirilib. PSJ səfərdə məğlub etdiyi “Arsenal”ı sınağa çəkib. Paris təmsilçisi bu dəfə də qalib gələn tərəf olub. Luis Enrikenin komandası rəqibindən 2:1 hesabı ilə güclü olaraq, finala vəsiqə qazanıb.

Xatırladaq ki, finalın ilk iştirakçısı Milanda müəyyənləşib. “İnter” səfərdə heç-heçə etdiyi “Barselona”nı qəbul edib. Cavab görüşündə də 3:3 hesabı qeydə alınıb. Meydan sahibləri 90+3-cü dəqiqədə fərqlənərək, məğlubiyyətdən xilas olublar. Əlavə vaxtda daha bir qol vuran "İnter" həlledici oyuna vəsiqə qazanıb.

Qeyd edək ki, PSJ mayın 31-də Münhendə keçiriləcək finalda “İnter”lə üz-üzə gələcək.

Çempionlar Liqası, yarımfinal, cavab oyunları
6 may
İnter – Barselona 4:3

Martines, 21. Çalhanoğlu, 45+1-p. Açerbi, 90+3. Frattezi, 99 - Qarsiya, 54. Olmo, 60. Rafinya, 88
Cəzalı: yoxdu
Hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 3:3.

7 may
PSJ – Arsenal 2:1

Ruis, 27. Hakimi, 72 - Saka, 76
Vitinya 69-cu dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.
Cəzalı: yoxdu
Hakim: Feliks Svayer (Almaniya)
İlk oyun – 1:0.

Seçilən
0
football-plus.az

1Mənbələr