AZ

Çempionlar Liqasında PSJ – “İnter” finalı olacaq!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün sonuncu finalçısı müəyyənləşib.

Arena.az xəbər verir ki, Fransa çempionu PSJ ilk oyunda 1:0 hesabı ilə üstələdiyi “Arsenal”ı bu dəfə doğma meydanda qəbul edib.

Üç qolun qeydə alındığı oyunda yenə qələbə qazanmış Paris klubu sensasiyaya imkan verməyib.

Xatırladaq ki, daha öncə İtaliya “İnter”i İspaniya nəhəngi “Barselona”nı iki oyunun nəticəsinə əsasən 7:6 hesabıyla üstələyərək finala vəsiqəni təmin etmişdi.

Beləliklə, UEFA Çempionlar Liqasında cari mövsümün final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində “İnter”lə PSJ arasında keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
7 may

PSJ (Fransa) – “Arsenal” (İngiltərə) 2:1
Qollar: Fabian Ruis, 27. Əşrəf Hakimi, 72 – Bukayo Saka, 76.
İlk oyun – 1:0.

Seçilən
0
arena.az

1Mənbələr