AZ

Zelenski Elmir Qardaşovu ordenlə TƏLTİF ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 1120 hərbi müdafiəçisini dövlət mükafatları ilə təltif edib.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bununla bağlı mayın 7-də Ukrayna dövlət başçısı fərman imzalayıb.

Təltif edilən hərbçilər arasında azərbaycanlı da yer alıb. Belə ki, Ukrayna ordusunda kiçik çavuş rütbəsi ilə xidmət edən Qardaşov Elmir Rəhimoviç 3-cü dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.
 

Fərmanla hərbçilər "İgidliyə görə" ordenlərini və "Ukrayna qarşısında hərbi xidmətə görə", "Qüsursuz xidmətə görə", "Vətənin müdafiəçisi" və "Xilas edilmiş həyat üçün" medalları ilə təltif ediliblər.


Sənədlərdə göstərilir ki, mükafatlar Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi şücaət və hərbi borcunu fədakarlıqla yerinə yetirməsi üçün nəzərdə tutulub.

Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr