“Barselona” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “İnter”də çıxış edən Denzel Dumfrislə yaxından maraqlanır.
“Barselona” niderlandlı futbolçu üçün İtaliya klubu ilə danışıqlara başlayacaq. Denzel Dumfris “İnter”in Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə matçlarında 2 qol vurub, 3 məhsulda ötürmə edib.