AZ

Tramp Hindistan-Pakistan münaqişəsinə münasibət bildirdi

BAKI, 7 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında gərginliyin aradan qaldırılmasına kömək etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

Amerika lideri iki ölkə arasında münasibətlərin pisləşməsini şərh edib: “Bu, dəhşətlidir. Hər iki ölkə liderini yaxşı tanıyıram və istəyirəm ki, onlar münaqişəni dinc yolla həll etsinlər. Ümid edirəm ki, indi münaqişəni dayandıra bilərlər. Problemin həlli üçün əlimdən gələn köməyi etməyə çalışacam”.

Seçilən
0
teleqraf.com

1Mənbələr