AZ

Antalyada keçirilən “Çempionlar” turnirində güləşçilərimiz daha iki medal qazanıb

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasındakeçirilən “Çempionlar” turniri davam edir.

Trend xəbər verirki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 60, 72 və 87 kqçəki dərəcələrində qaliblər müəyyənləşib. Bu çəki kateqoriyalarındaçıxış edən Azərbaycan təmsilçiləri də fəxri kürsüyəyüksəliblər.

60 kq çəki dərəcəsində çıxış edən Ayxan Cavadov gümüş medal,Vədat Qasımlı isə bürünc medal qazanıb.

Sabah keçiriləcək yarışlarda isə 63, 82 və 130 kq-da çıxış edəngüləşçilərimiz xalçaya çıxacaqlar.

Qeyd edək ki, yığmamız turnirin ilk günündə də iki medalqazanmağa müvəffəq olmuşdu.

Seçilən
0
az.trend.az

1Mənbələr