AZ

Bacadan tüstü çıxdı...

Yeni Roma Papasının seçildiyi Sikstin kapellasının bacasından qara tüstü çıxıb.

Modern.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bu o deməkdir ki, kardinallar ilk cəhdlərində yeni papa seçə bilməyiblər. Səsvermə üç saatdan çox davam edib. Papa seçilən zaman kilsənin bacasından ağ tüstü çıxmalıdır.

Qeyd edək ki, bu gün, mayın 7-də Vatikanda yeni papanın seçilməsi başlayıb. Konklav üçün 133 kardinal seçici gəlib. Papanın seçilməsi bir neçə gün çəkə bilər. Əvvəlki iki pontifik Frensis (2013-cü ildə) və XVI Benedikt (2005-ci ildə) iki gün ərzində seçilib. Tarixin ən uzun konklavı 13-cü əsrdə baş tutub və 1006 gün davam edib.

Seçilən
0
6
modern.az

6Mənbələr