AZ

İranın nüvə yanacağını zənginləşdirmək qabiliyyəti ilə bağlı hələ qərar verilməyib - Ağ Ev

İranın nüvə yanacağını zənginləşdirmək qabiliyyəti ilə bağlı hələ qərar verilməyib - Ağ Ev

ABŞ administrasiyası İranın dinc nüvə proqramı üçün nüvə yanacağını zənginləşdirməyə davam etməsinə icazə verilib-verilməməsi ilə bağlı hələ yekun qərar qəbul etməyib.AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında belə deyib. "Hələ bu qərarı verməmişik. Verəcəyik, amma hələ verməmişik" - deyə Tramp əlavə edib.Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, ABŞ İranın nüvə enerjisi proqramına malik olmasına etiraz etmir, lakin Tehranın uranı zənginləşdirməməsində israrlıdır: "Bizim təklifimiz çox sadədir: İnsanların nüvə enerjisini istəməsi bizi maraqlandırmır. Biz buna etiraz etmirik. Amma sizdə nüvə silahına sahib olmağa imkan verən zənginləşdirmə proqramı ola bilməz. Biz xətti buradan çəkirik".Qeyd edək ki, iki ölkə arasında nüvə danışıqları davam edir.

Seçilən
0
afn.az

1Mənbələr