AZ

Estoniya hava məkanını Fikonun xüsusi reysinə bağlayıb

Estoniya hava məkanını Fikonun xüsusi reysinə bağlayıb

Estoniya Slovakiyanın baş naziri Robert Fikonun xüsusi təyyarəsinin öz ərazisi üzərindən Moskvaya uçmasını qadağan edib. AFN.az xəbər verir ki, bu barədə Slovakiya hökumətinin başçısı öz feyzbuk səhifəsində yazıb .“Estoniya bir neçə dəqiqə əvvəl bizə məlumat verdi ki, onun ərazisi üzərindən uçuşumuza icazə verməyəcək. Əlbəttə, bu, İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünün rəsmi qeyd edilməsi üçün Moskvaya səfərimi pozmaq üçün məqsədyönlü cəhddir” - deyə Fiko bildirib.O qeyd edib ki, Estoniya bu qərarı Slovakiyanın bu ölkənin hava məkanından istifadə etmək üçün etibarlı icazəsinə malik olmasına baxmayaraq verib. Nəticədə onun mayın 8-də axşam Moskvada keçirilməsi planlaşdırılan tədbirlərdə iştirak etməyə vaxtı olmayacaq. Hazırda onun xüsusi reysinin Rusiya Federasiyasına gedə biləcəyi alternativ marşrut axtarılır.

Seçilən
0
afn.az

1Mənbələr