Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.
Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımı gözə çarpır?
Referans Xəzər TV-yə istinadən bildirir ki, iqtisadçı Kənan Quluzadənin sözlərinə görə, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin kvadrat metrinə düşən qiymət xeyli aşağı olub. O qeyd edib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb. Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, "SeaBreeze"də torpaq 70-100 faiz arasında bahalaşıb.
Artım prosesinin davamlı olacağını bildirilir.
Ekspert onu da bildirib ki, paytaxtda 150-dən çox binanın qəzalı olması ilə bağlı rəy verilib, bu binalar artıq istismar müddətini bitirib. Lakin hələ də tikinti şirkətləri üçün bazarda müvafiq şərait yaradılmayıb, bu isə o deməkdir ki, qiymətlərdə bahalaşma tendensiyası davam edəcək.
Daha ətraflı videomaterialı təqdim edirik:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta