AZ

Sezen Aksu müəllif hüquqlarını 18 milyon dollara satdı

“Universal Music Group” (UMG) türk musiqisinin "Kiçik Sərçə"si Sezen Aksunun mahnı hüquqlarını satın alıb.

 

Sfera.az bildirir ki, Sezen Aksu musiqi hüquqlarını 18 milyon dollara satıb.
 

Aksunun 21 sinql və 30 albomdan ibarət əsərlərinin nəşri, sinxronlaşdırılması və müəllif hüquqları UMG-yə verilib.
 

Bu satınalma prosesi ilə bağlı heç bir qiymət açıqlaması verilməsə də, Sezen Aksu təxminən 18 milyon dollara 21 sinql və 30 albomun hüququnu “Universal Music Group”a satdığı məlum olub.
 

Qeyd edək ki, “UMG” “Warner” və “Believe” kimi şirkətlərin digər türk sənətçilərin repertuarlarını satın alma prosesində iştirak edib.

 

Aynil
 

Seçilən
0
sfera.az

1Mənbələr