Türkiyənin Antalya şəhərində təşkil olunan yunan-Roma güləşi üzrə "Çempionlar" turnirində ikinci gün arxada qalıb.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün 60, 72 və 87 kq çəki dərəcələrində mübarizə baş tutub. 

Güləşçilərimizdən ikisi fəxri kürsüyə yüksəlməyi bacarıb. Ayxan Cavadov gümüş, Vədat Qasımlı (hər ikisi 60 kq) isə bürünc medala sahib çıxıblə.

Sabah 63, 82 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə də təmsilçilərimiz 1 gümüş və 1 bürünc medala yiyələnmişdilər.