İngiltərə təmsilçisi "Tottenhem"in yarımmüdafiəçisi Ceyms Maddison dizindən aldığı zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
"Report" xəbər verir ki, bu barədə hotspurluların baş məşqçisi Anqelos Postekoqlu məlumat verib.
28 yaşlı oyunçu UEFA Avropa Liqasının yarımfinalında "Budyo-Qlimt"ə qarşı (Norveç) ilk oyunda (3:1) zədələnib.
Qeyd edək ki, Maddinson "Tottenhem"in mövsümü erkən başa vuran ikinci futbolçusu olub. Daha əvvəl Lukas Berqvall cidi zədə səbəbindən qarşıdakı oyunları buraxmaq məcburiyyətində qalıb.