“Qərarı mən vermirəm, prezident nə desə, o da olacaq”
KONKRET.az xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov postundan gedişi ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşərək bu məsələni müzakirə edəcək.
Kadırovun sözlərinə görə, Çeçenistanda əsas işlər artıq görülüb və seçkilər ərəfəsində rəhbərlikdən ayrılması mümkün görünür:
“Bu gün prezidentdən soruşacağam. Necə desə, elə də olacaq. Seçkilər tezliklə keçiriləcək. Soruşacağam. Amma niyə də yox? Biz hər şeyi etdik, hər şeyi qurduq. Əgər nə vaxtsa kimdəsə problem yaranarsa — qayıdarıq! Amma bir daha deyirəm: qərarı mən vermirəm!”
Natiq Səlim,
KONKRET.az