AZ

Ən yüksək protein tərkibli bitki mənbəyi! Damarlarda tıxanmaları açır, qan şəkərini tarazlaşdırır

Ən yüksək protein tərkibli bitki mənbəyi!

Yaşıl mərcimək ən yüksək protein tərkibli bitki mənşəli qidalardan biridir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qida dəyəri baxımından son dərəcə zəngin olan bu paxlalı bitki damarları qoruyur, qan şəkərini tarazlaşdırır və orqanizmi enerji ilə təmin edir. Aşağı kalorili olmasına baxmayaraq, yüksək lif və zülal tərkibi ilə həm sağlamlıq, həm də pəhriz üçün ideal seçimdir.

Əzələləri və immuniteti gücləndirir

Yaşıl mərcimək əzələ inkişafını dəstəkləyir, hüceyrələri yeniləyir və immunitet sistemini gücləndirir. C vitamini, fol turşusu və sink kimi komponentlərlə bədəni infeksiyalara qarşı qoruyur.

Həzm və qan şəkəri tarazlığını dəstəkləyir

Yüksək lif tərkibi sayəsində bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizlik və digər həzm problemlərinin qarşısını alır. Aşağı glisemik indeksi sayəsində isə qan şəkərini stabilləşdirir və diabetin idarəsinə dəstək olur.

Ürək-damar sağlamlığına töhfə verir

Yaşıl mərcimək LDL xolesterini aşağı salır, qan təzyiqini tənzimləyir və damar divarlarını gücləndirir. Flavonoidlər və kalium infarkt və insult riskini azaldır.

Detoks və sümük gücü

Antioksidant tərkibi ilə zərərli toksinlərin atılmasını sürətləndirir, bədəni təmizləyir. Eyni zamanda fosfor və maqnezium sayəsində sümük sağlamlığını qoruyur.

Arıqlamağa kömək edir

Aşağı kalorili və toxluq hissi verən yaşıl mərcimək, çəki nəzarətində effektivdir. Həzm prosesini ləngidir, acma hissini azaldır və pəhrizlər üçün əvəzsiz qidadır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr