Alişan yoldaşı Buse Varol ilə evliliklərinin 7-ci ildönümünü qeyd edib.
BiG.AZ xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşım edib.
"6 may 2018-də həyatlarımızı birləşdirmişdik və bu gün 6 may 2025-dir. Bu gün 7 il bitir və 8-ci ilə giririk. Mən də 2+ ilə. Həm mənə mükəmməl yoldaş, həm uşaqlarıma mükəmməl ana olduğun üçün və həyatımda olduğun hər gün mənə yaşatdığın xoşbəxtliklər üçün təşəkkür edirəm sevgilim. Sağlıqla, hüzurla neçə gözəl illərimiz olsun inşallah" ,- deyə o qeyd edib.